Naxçıvanda sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiqlənib

Naxçıvanda sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiqlənib Bununla bağlı Naxçıvan Ali Məclisi Sədri Vasif Talıbov fərman imzalayıb
Biznes
29 Aprel , 2016 21:13
Naxçıvanda sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiqlənib

Bakı. 29 aprel. REPORT.AZ/ Naxçıvanda “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib. “Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisi Sədri Vasif Talıbov fərman imzalayıb. 

Bu qayda investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd sahibkara qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir. Təsdiqedicisənədi almaq üçün sahibkar Naxçıvan İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir.

Son xəbərlər

Orphus sistemi