“mVisa” ödəmə xidməti 10 ölkədə mümkün olacaq

“mVisa” ödəmə xidməti 10 ölkədə mümkün olacaq “Visa”, sənaye iştirakçıları ilə tərəfdaşlıqda, təhlükəsiz və rahat mobil ödənişlər üçün “QR standartı” hazırlayır
Biznes
14 Mart , 2017 20:16
“mVisa” ödəmə xidməti 10 ölkədə mümkün olacaq
www.networkedindia.com

Bakı. 14 mart. REPORT.AZ/ “Visa” şirkəti tərəfindən hazırlanan “QR kod”dan istifadəyə əsaslanan “mVisa” ödəmə xidməti tezliklə Misir, Qana, Nigeriya, İndoneziya, Qazaxıstan, Pakistan və Vyetnamda mümkün olacaq. 

Bu barədə “Report”a şirkətdən məlumat verilib. 

Bildirilib ki, hazırda “mVisa” Hindistan, Keniya və Ruandada işləyir.

“mVisa” mobil həlli yeni bazarlarda maliyyə müəssisələri, tacirlər və istehlakçılar üçün rəqəmsal kommersiyanın üstünlüklərini - yüngüllük və təhlükəsizliyi - əlçatan edir və bu, nəticədə, nağd puldan elektron ödənişlərə qlobal keçidin sürətlənməsinə imkan yaradır. “mVisa” ödəmə həlli “Visa” debet, kredit və ya öncədən ödənilmiş kartını, kartı mobil telefona "keçirən" və “QR kodu” oxumaq yolu ilə, istehlakçıya vəsaitlərin öz hesabından satıcının hesabına etibarlı və təhlükəsiz köçürülməsinə imkan verən təhlükəsiz “mVisa” mobil tətbiqinə əlavə edərək, istehlakçılara, alış-verişi, hesabları, dostlara və ailə üzvlərinə pul köçürmələrini nağdsız ödənişlə həyata keçirmək üçün, öz mobil telefonlarından istifadə etmək imkanı verir” qurumun açıqlamasında deyilir.

"İstehlakçılar mVisa servisindən istifadə sürətini və asanlığını qiymətləndirdilər" - deyə, “Visa Inc.”-in, yeni bazarlar üçün rəqəmsal həllər departamenti, baş vitse-prezidenti Uttam Nayak bildirib.

Qurumun açıqladığı məlumatda deyilir ki, ilk dəfə “mVisa”dan istifadə edən kiçik sahibkarlığın nümayəndələri, ticarət nöqtəsi üçün zəruri olan daha bahalı infrastruktura vəsait qoyuluşuna ehtiyac olmadan elektron ödənişlərin alınmasının sürət və etibarlığından çox razıdırlar: “Biz, ödənişlərin, xüsusilə, kiçik və orta sahibkarlığa, maliyyə institutlarına və istehlakçılara bir sıra üstünlük verən, uyğunlaşa bilən və təhlükəsiz “mVisa” vasitəsi ilə rəqəmsal formata keçmə prosesinin bir hissəsi olmaqdan şadıq".

Xatırladaq ki, “mVisa” bütün dünya üzrə treyderlərə rəqəmsal ödənişləri istehlakçılardan dərhal qəbul etmək imkanı yaradan çevik həlldir. “QR-kod”ların çevikliyi, eləcə də treyderlərin POS-infrastruktura pul qoymaq zəruriliyinin olmaması faktı, “Visa” və onun tərəfdaşlarına, bütün dünya üzrə sürətli və etibarlı ödəmə üsullarını üstün tutan, istehlakçılara nağd pul istifadə etmədən, innovativ həll təklif etməyə imkan verir.

Xatırladaq ki, “Visa” şirkəti hazırda 200-dən çox ölkədə fəaliyyət göstərir. Şirkətin texnoloji imkanları saniyədə 65 min tranzaksiya məlumatını emal etməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi