Yuxarı

MÜSİAD Azərbaycanda beynəlxalq biznes-forum keçirəcək

​MÜSİAD Azərbaycanda beynəlxalq biznes-forum keçirəcək

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycanda beynəlxalq biznes-forum keçiriləcək.

“Report”un məlumatına görə, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Abdurrahman Uzun bu gün Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, belə bir mötəbər tədbir bu il Bosniyada keçirilib və bu tədbirdə minədək iş adamı iştirak edib: “Forum gələn il Türkiyədə, 2021-ci ildə isə Azərbaycanda keçiriləcək. Bu tədbirlərdə də təqribən minədək iş adamlarının iştirakı gözlənilir”.

O bildirib ki, "MÜSİAD Azərbaycan"da fəaliyyət göstərdiyi dövrdə ölkəyə bir çox türkiyəli iş adamı dəvət olunub və onlar ölkədə olan investisiya imkanları ilə bağlı məlumatlandırılıb: "Gələn il ərzində Türkiyə şirkətlərinin Azərbaycana sərmayə yatırılmasına dair zəruri işlər görüləcək ki, bu da bizim ən böyük hədəfimizdir. İstisna deyil ki, Türkiyə və Azərbaycan iş adamlarının əməkdaşlığı birgə müəssisələrin yaradılması formatında da təşkil oluna bilər”.

A.Uzunun fikrincə, hazırda Azərbaycanla Türkiyə arasında ticarət anlaşmasının imzalanmasına ehtiyac duyulur ki, bu, hər iki ölkə üçün faydalı olacaq: “Belə bir anlaşma yerli bazarlara keyfiyyətli, qiymət baxımından isə daha münasib olan malların daxil olmasına imkan yaradacaq”.

Qeyd edək ki, MÜSİAD1990-çı ildə mayın 9-da İstanbulda qurulan bir "İş Adamları Dərnəyi" dir. Türkiyə daxilində 86 əlaqə nöqtəsi, 92 fərqli ölkədə 222 əlaqə nöqtəsi 12 000-dən çox üzvü olan, təxminən 1 600 000 nəfərə məşğulluq təmin edən və 60 000 müəssisəni təmsil edən; İş dünyası üçün olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi təhsil, rəhbərlik, məsləhət mərkəzi halına gələn, tətbiqi və işlərini peşəkar fikir zəmininə oturdan, təşkilati şəxsiyyətini tamamlayaraq, bunu İSO 9001:2000 Keyfiyyət Sertifkatı ilə təsdiq etdirən güclü bir "Vətəndaş Cəmiyyət Kuruluşu"dur.

"MÜSİAD Azərbaycan"ın, 2018-ci ilin yanvarın 1-dən etibarən Bakıda fəaliyyət göstərməklə, 35 üzvü var və 1000 nəfəri məşğulluqla təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi