Yuxarı
    Bağlamaq

    Minsk Podşipnik Zavodu Azərbaycan müəssisələrini əməkdaşlığa dəvət edir

    Zavod 30-dan çox ölkənin sənaye sahələrini məhsulları ilə təmin edir

    Bakı. 6 iyul. REPORT.AZ/ MDB məkanında podşipnik istehsalı ilə məşğul olan Belarusun ən böyük müəssisələrindən biri - “Minsk Podşipnik Zavodu” SC Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edib.

    “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən bildirir ki, zavod 30-dan çox ölkənin maşınqayırma, metallurgiya, yanacaq-enerji müəssisələrini, tikinti, meşə və digər sənaye sahələrini istehsal etdiyi məhsulları ilə təmin edir.

    Diametrləri 10-980 mm, çəkisi 700 kq-a qədər olan müxtəlif ölçülü sferik, silindrik, yumru və digər podşipniklərin istehsal olunması zavodun əsas fəaliyyət istiqamətlərini təşkil edir.

    Hazırda marketinqin həcmini artırmaqda, məhsulların ixrac coğrafiyasını genişləndirməkdə maraqlı olan zavod Azərbaycanda fəaliyyət göstərən şirkətlərə və sahibkarlara hər iki tərəf üçün faydalı olan əməkdaşlıq şərtləri təklif edib. Brendlərini “MPZ” adı altında bazara çıxaran zavodun məhsulları beynəlxalq standartların tələblərinə cavab verir.

    "Maraqlananlar müəssisələr, istehsal olunan məhsulların nomenklaturası, texniki xarakteristikası, qiymətlər və digər məlumatları əldə etmək üçün "Azpromo"ya müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi