​Mingəçevirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

​Mingəçevirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən sahibkarlar SKMF-ə müraciət edə bilərlər
Biznes
11 Noyabr , 2015 11:34
​Mingəçevirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata əsasən, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilir.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi