Millət vəkili: "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Konstitusiyaya ziddir"

Millət vəkili: "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Konstitusiyaya ziddir" Bakı. 13 fevral. REPORT.AZ/ Ələt azad iqtisadi zonası haqqında qanun layihəsində Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlar var.
Biznes
13 Fevral , 2018 14:07
Millət vəkili: Ələt azad iqtisadi zonası haqqında qanun layihəsi Konstitusiyaya ziddir

Bakı. 13 fevral. REPORT.AZ/ "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsində Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlar var".

"Report"un verdiyi xəbərə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında, sözügedən sənədin I oxunuşda müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, əmək qaydaları, zonada ətraf mühitin mühafizəsi, mübahisələrin həlli ilə bağlı maddələr yenidən işlənilməli və yaxud qanunvericilikdən çıxarılmalıdır: "Azərbaycanın bir hissəsində xarici invesotlar üçün güzəştlər nəzərdə tutulur. Bu müsbət haldır. Ancaq söhbət ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqdan gedirsə, burda güzəşt etmək olmaz". 

Son xəbərlər

Orphus sistemi