"Michelin"in Azərbaycan üzrə yeni baş direktoru təyin edilib

"Michelin"in Azərbaycan üzrə yeni baş direktoru təyin edilib Şin istehsalı sahəsində dünya liderlərdən biri olan Fransanın Michelin şirkəti Dmitri Molokanovu Mişlen Rusiya Şin İstehsalı Şirkəti ASC-nin baş direktoru vəzifəsinə təyin edib.
Biznes
2 İyul , 2019 12:10
Michelinin Azərbaycan üzrə yeni baş direktoru təyin edilib

Şin istehsalı sahəsində dünya liderlərdən biri olan Fransanın "Michelin" şirkəti Dmitri Molokanovu "Mişlen Rusiya Şin İstehsalı Şirkəti" ASC-nin baş direktoru vəzifəsinə təyin edib.

"Report" şirkətin məlumatına istinadən xəbər verir ki, o, bu postda həmçinin "Michelin" şirkətinin Şərqi Avropa regionundakı biznesinin inkişafı üçün məsuliyyət daşıyacaq. Bu region isə Rusiyadan başqa daha 10 ölkəni - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanı əhatə edir.

Molokanov bu postda 2016-cı ilin sentybar ayından baş direktor işləmiş, hazırda isə "Michelin"in Çin şöbəsinə rəhbərlik edən Kamran Vossuqini (Kamran Vossoughi) əvəz edəcək.

Şirkət dünyanın 17 ölkəsində - Braziliya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Kanada, Çin, Kolumbiya, Meksika, Polşa, Rusiya, Rumıniya, Serbiya, Birləşmiş Krallıq, ABŞ, Tayland və Fransada fəaliyyət göstərən 68 zavodda şin istehsalı ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi