“Merkuriy-İnvest” şirkəti Azərbaycanda tərəfdaş axtarır

“Merkuriy-İnvest” şirkəti Azərbaycanda tərəfdaş axtarır Şirkət Ufada logistika mərkəzinin yaradılması və Ticarət Mərkəzinin icarəyə verilməsini təklif edir
Biznes
14 Dekabr , 2015 11:39
“Merkuriy-İnvest” şirkəti Azərbaycanda tərəfdaş axtarır

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı - Ufa şəhərində fəaliyyət göstərən “Merkuriy-İnvest” şirkəti Azərbaycanın iş adamları ilə əməkdaşlıq əlaqələri yaratmaq istəyir. "Report" bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir.

Şirkət Ufada logistika mərkəzinin yaradılması və “Merkuriy” Ticarət Mərkəzinin icarəyə verilməsini təklif edir.

Daha ətraflı məlumat əldə etmək üçün şirkətin 8(347) 292-45-88, 8 (917) 383-99-83 telefon nömrəsi ilə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi