Məmməd Musayev: “Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var”

Məmməd Musayev: “Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var” Bakı. 4 oktyabr. REPORT.AZ/ “Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək”.
Biznes
4 Oktyabr , 2018 10:48
Məmməd Musayev: “Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var”
ASK-nın prezidenti Məmməd Musayev / Report/ Orkhan Azim
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək”. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum sahibkarların bir sıra təkliflərini müvafiq strukturlara göndərib: “Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var və topladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib. Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq. İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir. İnanırıq ki, təklif formasında təqdim etdiyimiz məsələlərlə bərabər bu dəyişikliklərin qəbul olunması sahibkarlığın inkişafına dəstək olacaq”.

Son xəbərlər

Orphus sistemi