​Masallıda sahibkarlar üçün treninq keçirilib

​Masallıda sahibkarlar üçün treninq keçirilib Tədbirdə iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib
Biznes
5 Noyabr , 2015 19:39
​Masallıda sahibkarlar üçün treninq keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallıda treninq keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sənaye və istehsal sahələrinin idarə edilməsi, menecment mövzularını əhatə edən treninqdə brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, insan resurslarının idarə edilməsi və başqa məsələlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, tədbirdə iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi