Yuxarı
    Bağlamaq

    Azərbaycanda qanunsuz lotereya dayandırılıb

    Dövlət Komitəsi: Şərq Qərb şirkətinin Şirinlər günəbaxan tumları ilə bağlı keçirdiyi stimullaşdırıcı lotereya qanunsuzdur

    Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Şirinlər" günəbaxan tumlarının istehsalçısı olan "Şərq Qərb" ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib və dayandırılması barəsində göstəriş verilib. “Report”un verdiyi xəbərə görə, bu barədə komitənin yaydığı məlumatda bildirilir.

    QKDK "Şərq Qərb" tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.

    QKDK "Lotereyalar haqqında" qanuna və öz əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi