Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Lənkəranda sahibkarlar üçün treninq keçirilib Bakı. 20 aprel. REPORT.AZ/ Lənkəranda sahibkarlar üçün treninq keçirilib.
Biznes
20 Aprel , 2018 14:10
Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Lənkəranda sahibkarlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyin Bakı BiznesTədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün  treninq keçirilib.

Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması və ixrac bazarlarına çıxış imkanları mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, ixracyönümlü məhsulların istehsalı, ixracatçılara tətbiq edilən güzəştlər və s. barədə iştirakçılara məlumat verilib.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi