Azərbaycanda kommunal şirkətlərin 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi təklif olunur

Azərbaycanda kommunal şirkətlərin 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi təklif olunur “Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.
Biznes
12 Noyabr , 2019 16:59
Azərbaycanda kommunal şirkətlərin 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi təklif olunur
Fazil Mustafa

“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin hökumətin bu şirkətlərin borcunu qaytarmaq riskini qaldırar. Daha çevik və müasir xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və dövlət qarşısında daha hesabatlı, şəffaf şirkətlərin meydana çıxmasına, iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarada bilər”.

Son xəbərlər

Orphus sistemi