Azərbaycan sahibkarları KOBİA-nın dəstəyi ilə "Caspian Agro 2019"da iştirak edirlər

Azərbaycan sahibkarları KOBİA-nın dəstəyi ilə "Caspian Agro 2019"da iştirak edirlər Bu gün Bakıda işə başlamış 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə (“Caspian Agro 2019”) paralel olaraq 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi də keçirilir.
Biznes
15 May , 2019 14:09
Azərbaycan sahibkarları KOBİA-nın dəstəyi ilə Caspian Agro 2019da iştirak edirlər

Bu gün Bakıda işə başlamış 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə (“Caspian Agro 2019”) paralel olaraq 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi də keçirilir.

“Report” xəbər verir ki, sərgidə qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar məhsul və xidmətlərini təqdim edirlər.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “Zıraat Bank Azərbaycan” ASC dəstəyi ilə iş adamlarına xüsusi stend ayrılıb. Stenddə meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar təqdim olunur.

Qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində KOBİA ilə “Ziraat Bank Azərbaycan” arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Bankın İdarə Heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi