Yuxarı

KOBİA-nın əməkdaşları distant formada sahibkarlara xidmət göstərir

​KOBİA-nın əməkdaşları distant formada sahibkarlara xidmət göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətlərinin cavablandırılması, eləcə də koronavirus (COVİD-19) pandemiyasının işgüzar mühitə təsirinin minimuma endirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə sahibkarların məlumatlandırılması üçün bayram günləri də daxil olmaqla məsafədən (distant) xidmətlərin göstərilməsini davam etdirir.

KOBİA-dan “Report”a verilən məlumata görə, Agentliyin əməkdaşları (regionlar üzrə KOB dostları) telefon rabitəsi (012 404-04-01, 131 Çağrı Mərkəzi) və internet vasitəsilə (info@smb.gov.az və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlər göstərir, biznes subyektlərini maraqlandıran sualları cavablandırır.

Eyni zamanda koronavirus pandemiyasının yerli sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar barədə sahibkarların məlumatlandırılması, COVID-19 infeksiyasından qorunmaq üçün profilaktik tədbirlər barədə sahibkarların və vətəndaşların maarifləndirilməsinə dəstək göstərilməsi üçün KOBİA-nın rəsmi internet saytında (www.smb.gov.az) və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar və video çarxlar yerləşdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi