KOBİA ilə Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA ilə Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edib.
Biznes
31 Yanvar , 2020 18:13
KOBİA ilə Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş "dəyirmi masa"da iştirak edib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, komissiyanın iclasında və Ukrayna-Azərbaycan "dəyirmi masa"sındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin kiçik və orta sahibkarlıq (KOB) sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektorunun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib.

KOBİA tərəfindən ölkələrimiz arasında KOB sahəsində əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə, sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasına, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müsissələrin yaradılmasına dair təkliflər səsləndirilib.

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov arasında imzalanmış sənəddə KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb. 

Son xəbərlər

Orphus sistemi