Yuxarı

Azərbaycanın mikro və kiçik sahibkarlarının məhsulları "Baku Build 2019" sərgisində nümayiş etdirilir

KOBİA "Baku Build 2019" sərgisinə dəstək verir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən mikro və kiçik sahibkarlar məhsulları bu gün Bakıda işə başlamış 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("BakuBuild 2019) nümayiş etdirirlər.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunur. KOBİA həmçinin "Baku Build 2019”a dəstək göstərən qurumlar sırasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi