KOB-ların inkişafı üzrə hədəflər açıqlandı

KOB-ların inkişafı üzrə hədəflər açıqlandı “Azərbaycanda kiçik və orta biznesin (KOB) ümumi daxili məhsulda (ÜDM), məşğulluqda və ixracda payının artırılması strateji məqsədlərdəndir”.
Biznes
18 Fevral , 2020 10:17
KOB-ların inkişafı üzrə hədəflər açıqlandı

“Azərbaycanda kiçik və orta biznesin (KOB) ümumi daxili məhsulda (ÜDM), məşğulluqda və ixracda payının artırılması strateji məqsədlərdəndir”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“2025-ci ildən sonrakı dövrdə KOB-ların payının ÜDM-də 60%-ə, məşğulluqda 70%-ə, ixracda isə 40%-ə çatdırılması hədəflənir. Bu gün Agentlik olaraq iqtisadiyyatın müxtəlif sahələri üzrə KOB-ların inkişafı üzərində çalışırıq. Bunun üçün xarici ölkələrin KOB qurumları ilə səx əməkdaşlıq qurmağa müvəffəq olmuşuq. Biz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də əməkdaşlıq edirik və onlar təkliflərimizi diqqətlə dinləyirlər”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi