Kəlbəcərdən olan sahibkarların investisiya layihələrinin qəbuluna başlanılıb

Kəlbəcərdən olan sahibkarların investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən sahibkarlar layihələrinin maliyyələşdirilməsi məqsədilə SKMF-ya müraciət edə bilərlər
Biznes
29 Mart , 2016 10:26
Kəlbəcərdən olan sahibkarların investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 29 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax şəhərində müvəqqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fond sahibkarlardan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə balın emalı), pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail:[email protected]) müraciət edə bilərlər.

Qeyd edək ki, Fond martın 17-də Yevlax şəhərində müvəqqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün sahibkarlarla işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi