Yuxarı
    Bağlamaq

    ​Kaznex nümayəndəsi: "Qazaxıstan şirkətləri Azərbaycan bazarında maraqlıdırlar"

    2014-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 50% azalıb

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Biznes forumunda iştirak edən Qazaxıstan şirkətləri təkcə öz ölkəsində özlərinə nüfuz qazanmayıblar, onlar Azərbaycan bazarına da məhsullarını ixrac etmək üçün tərəfdaş tapmaq istəyirlər".

    "Report" xəbər verir ki, bu barədə Qazaxıstan-Azərbaycan biznes forumunda "Kaznex Invest"in ixrac və investisiyalar üzrə Milli Agentliyinin direktoru Askar Arınov jurnalistlərə açıqlamasında bildirib.

    O, 2011-ci ildə artıq dəyəri 8 mln. dollar həcmində olan müqavilələrin imzalandığı belə bir tədbirin keçirildiyini xatırladıb.

    "Biz diqqətimizi bütün şirkətlərə yönəldirik və ümid edirik ki, onlar burada öz tərəfdaşlarını tapa biləcəklər. Bu bizim ticari əlaqələrimizə yeni bir təkan verəcək. Təəssüflər olsun ki, 2014-ci ilin yekunlarına görə, ölkələrimiz arasındakı ticarət dövriyyəsi demək olar ki, 50% azalıb. Hesab edirəm ki, bu yalnız bizim günahımız deyil, dünyadakı qlobal iqtisadi böhran da öz rolunu oynayıb", - o bildirib.

    "Biz gələn il belə bir biznes-forum keçirmək niyyətindəyik. Bu bizim iqtisadi əlaqələrimizi daha da yaxınlaşdıracaq. Beynəlxalq ekspertlərin fikrincə, belə biznes forumlar 7-8% civarında mal dövriyyəsinin artmasına səbəb olur. Biz ümid edirik ki, müəyyən müqavilələr imzalaya biləcəyik", - A.Arınov əlavə edib.

    Qeyd edək ki, 2014-ci ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 252.1 mln. ABŞ dolları təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi