Yuxarı
    Bağlamaq

    "Iteca Caspian" bu il Azərbaycanda 16 beynəlxalq sərgi keçirəcək

    Bəzi sərgilər yeni brendlərlə təqdim olunacaq

    Bakı. 13 yanvar. REPORT.AZ/ “Iteca Caspian” şirkəti 2016-cı ildə Azərbaycanda 16 sərgi və 1 konfransın keçirilməsini planlaşdırır. Bu il 4 sərginin yubileyi olacaq. Şirkətdən "Report"a daxil olna məlumata görə, Azərbaycan beynəlxalq turizm və səyahətlər (AITF-2016) və Dəmiryol infrastrukturu və hərəkət heyəti, dənizçilik sənayesi, aviasiya və nəqliyyat-logistika xidmətləri (TransCaspian-2016) sərgiləri öz 15 illiyini, Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (HOREX Caucasus-2016) və Gözəllik və estetik tibb (Beauty Azerbaijan-2016) sərgiləri isə 10 illik yubileylərini qeyd edir.

    Bu il bir sıra sərgilər yeni imicdə təşkil olunacaq. Hələ 2015-ci ildə regionun ən böyük sərgisi - Azərbaycan beynəlxalq inşaat (BakuBuild) sərgisinin yeni brendi təqdim olunub. Həmçinin, 2016-cı ildə “Worldfood Azerbaijan” və “Road&Traffic” sərgiləri ilə yanaşı, Azərbaycanın ilk ixtisaslaşmış sərgisi olan "Beynəlxalq Xəzər neft və qaz” (Caspian Oil and Gas) sərgisi də brendini dəyişəcək.

    “TransCaspian” sərgisinin təqdim etdiyi sektorların genişlənməsi ilə əlaqədar olaraq, 2016-cı ildə bu sərgi “Dəmiryol infrastrukturu və hərəkət heyəti, dənizçilik sənayesi, aviasiya və nəqliyyat-logistika xidmətləri sərgisi “TransCaspian” adı altında təşkil olunacaq. Təşkilatçılar ayrı-ayrılıqda hər bir sektorun – həm nəqliyyat sektoru, həm də ümumilikdə iqtisadiyyat sahəsinin artan aktuallığını nəzərə alaraq belə bir qərar qəbul ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi