Bakı. 5 may. REPORT.AZ/ İtaliya-Azərbaycan Ticarət Palatası (Italy-Azerbaijan Chamber of Commerce) İtaliyada rəsmi şəkildə qeydiyyatdan keçib. Bu münasibətlə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) təşkilatı təbrik edib.
Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
C.Kutilyo, həmçinin Azərbaycandakı digər Avropa İttifaqı ölkələrinin ticarət palatalarının nümayəndələrinin İtaliya-Azərbaycan Ticarət Palatasının bu münasibətlə tezliklə Bakıda keçiriləcək mühüm tədbirində iştirakını alqışlayıb.