İsveçrədə SOCAR yanacaqdoldurma məntəqələrində "Starbucks" əldə etmək mümkün olacaq

İsveçrədə SOCAR yanacaqdoldurma məntəqələrində "Starbucks" əldə etmək mümkün olacaq SOCAR seçilmiş yanacaqdoldurma məntəqələrində xüsusi qəhvə mağazaları quraşdırıb
Biznes
22 Avqust , 2016 13:37
İsveçrədə SOCAR yanacaqdoldurma məntəqələrində Starbucks əldə etmək mümkün olacaq

Sürix. 22 avqust. REPORT.AZ/ SOCAR İsveçrədə "Starbucks" şirkəti ilə əməkdaşlıq planı üzrə pilot layihəyə start verib.

"Report" xəbər verir ki, "Starbucks on the go" yeni yanaşması çərçivəsində "Starbucks"un məşhur məhsullarını indi Böyük Sürix rayonunda yerləşən SOCAR yanacaqdoldurma məntəqələrindən əldə etmək mümkündür.

SOCAR seçilmiş yanacaqdoldurma məntəqələrində xüsusi qəhvə mağazaları quraşdırıb. Həmin məntəqələrdə müştərilərə "Starbucks" mağazalarında təklif olunan yüksək keyfiyyətli məhsulların eynisi, amma 25% aşağı qiymətə təklif olunur.

Son xəbərlər

Orphus sistemi