İstanbulda beynəlxalq mebel sərgisi keçiriləcək

İstanbulda beynəlxalq mebel sərgisi keçiriləcək Mebel sərgisi yanvarın 12-17-də keçiriləcək
Biznes
6 Yanvar , 2016 11:05
İstanbulda beynəlxalq mebel sərgisi keçiriləcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyədə yanvarın 12-17-də ən böyük və mühümlüyünə görə dünyada üçüncü sayılan İstanbul Mebel Sərgisi (İSMOB) keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, təşkil edilən 12-ci mebel sərgisi TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sözügedən sərgidə Türkiyənin mebel sektorunda fəaliyyət göstərən və 200 ölkəyə məhsul ixrac edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Azərbaycan şirkətləri və iş adamları da bu tədbirə dəvətlidir.

Son xəbərlər

Orphus sistemi