Bakı. 18 avqust. REPORT.AZ/ Oktyabrın 21-25-də İstanbulda III TÜMSİAD beynəlxalq sənaye və ticarət sərgisi keçiriləcək. “Report” bildirir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb.
Məlumata görə, sərgidə ağır texnika, avadanlıq, qida, kosmetika, inşaat sahələrini təmsil edən tanınmış şirkətlərin sənaye məhsulları nümayiş olunacaq.
Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub.