​İspaniyada ailələr evlərindən çıxarılır

​İspaniyada ailələr evlərindən çıxarılır Hazırda ölkədə 3.4 mln. boş ev var
Biznes
2 İyul , 2015 19:15
​İspaniyada ailələr evlərindən çıxarılır

Bakı. 2 iyul. REPORT.AZ/ İspaniyada borclarını ödəyə bilmədiklərinə görə hər gün təxminən 95 ailə evindən zorla çıxarılır.

“Repor xarici mediaya istinadən bildirir ki, ”Avropa Birliyindəki maliyyə böhranı təsirini itirməyə başlasa da, insanlarən maddi çətinliyi hələ də davam edir.

Borcunu ödəməyənlərin mülklərinin müsadirə olunması halları isə ən çox İspaniyada özünü göstərir. Avropa Birliyindəki hər 3 boşaldılmış evdən biri İspaniyada yerləşir. Hazırda ölkədə 3.4 mln. boş ev var və İspan rəsmiləri hər gün təxminən 95 ailəni evindən çıxarmağa davam edir.

İspan qanunlarına görə, ailələr evlərindən çıxarılsa da, kredit borcunu ödəmək məcburiyyətindədir. Beynəlxalq Əfv Təşkilatı İspaniyanı tənqid edib, İspanlar isə boşaldılan evlərin turizm bölgəsində yerləşdiyini və mövsümi olaraq onsuzda boş qaldığını bildirib. 

Son xəbərlər

Orphus sistemi