Yuxarı
    Bağlamaq

    İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

    Tədbirdə investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, nazirliyin Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün növbəti treninq İsmayıllı rayonunda keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Sənayedə brendləşmə”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təşkil edilmiş tədbirdə 90-dan çox sahibkar iştirak edib.

    Treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə qanunvericilik, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, brendlərin dizaynının təkmilləşdirilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

    Bundan başqa, tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

    Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi