Yuxarı

​İran ərazisindən keçməklə Naxçıvana daşınan yüklərin tarifləri müəyyənləşib

Yüklərin daha ucuz qiymətə daşınması, eləcə də təhlükəsiz və səmərəli nəqliyyat marşrutları təmin edilib

Bakı. 29 iyul. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında mart ayının 15-də, aprelin 28-də və iyulun 15-də imzalanan ikitərəfli protokollara, eləcə də qarşılıqlı razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasından yüklərin dəmir yolu vasitəsilə daşınmasına dair yeni tariflər təsdiq olunub.

"Report" xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti məlumat verib.

Bununla da, İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması, eləcə də təhlükəsiz və səmərəli nəqliyyat marşrutları təmin edilib. Qeyd olunan marşrutlar üzrə yüklərin dəmir yolu ilə daşınması operativliyin təmin olunmasına və xərclərin digər nəqliyyat vasitələri ilə müqayisədə azalmasına səbəb olacaq. 

Yeni tariflərə əsasən, Naxçıvan şəhərindən Bəndər-Abbaslimanına olan 2311 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 2162 İsveçrə frankı (3458 manat), Saraks şəhərinə olan 1979 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 1732 İsveçrə frankı (2770 manat) təşkil edir. Daşımalar yüklərin təyinatına uyğun vaqonlarda həyata keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi