Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Quba rayonunda vətəndaşlarla görüş keçirəcək. Qəbulda Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.
“Report” nazirliyə istinadən bildirir ki, vətəndaşların qəbulu saat 11.00-də
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.