Yuxarı
    Bağlamaq

    İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 13 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb. 

    "Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

    Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib. 

    “3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi