İqtisadiyyat Nazirliyi üçün ofis avadanlığı alacaq şirkət müəyyənləşib

İqtisadiyyat Nazirliyi üçün ofis avadanlığı alacaq şirkət müəyyənləşib Nazirliyin tenderində iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib
Biznes
4 Noyabr , 2016 20:35
İqtisadiyyat Nazirliyi üçün ofis avadanlığı alacaq şirkət müəyyənləşib

Bakı. 4 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “İqtisadiyyat Nazirliyi üçün ofis avadanlığının satın alınması” layihəsi ilə əlaqədar elan olunan açıq tenderin nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, sözügedən layihənın tenderində iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Prosedurun neticələri haqqında tender komissiyasının bu il oktyabrın 12-də verdiyi qərara əsasən “Dayaq-T” MMC qalib elan olunub. 

Nazirlik MMC ilə oktyabrın 28-də satınalma müqaviləsi bağlayıb.  

Son xəbərlər

Orphus sistemi