İqtisadiyyat Nazirliyi ölkə sahibkarları üçün təlimlərə başlayır

İqtisadiyyat Nazirliyi ölkə sahibkarları üçün təlimlərə başlayır Sentyabrda başlayacaq təlimlər nazirliyin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək
Biznes
26 Avqust , 2016 20:45
İqtisadiyyat Nazirliyi ölkə sahibkarları üçün təlimlərə başlayır

Bakı. 26 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, məhəllələrinin idarəedici təşkilatı, orada fəaliyyət göstərən sahibkarlar üçün təlimlər və maarifləndirmə tədbirləri təşkil edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sentyabr ayında başlayacaq təlimlər Nazirliyin müvafiq şöbələrinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək.

Təlimlərdə sənaye parklarının və məhəllələrinin idarəedici təşkilatları, sahibkarlar özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, investisiya təşviqi mexanizminin tətbiqi qaydaları, lisenziyalaşdırma sahəsində həyata keçirilən islahatlar, sahibkarlara elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə olunması və digər mövzularda məlumatlandırılacaq.

Qeyd edək ki, artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Mingəçevir Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sənaye parklarının və məhəllələrinin rezidentlərinin sayı da artmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi