İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb

İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb Qurum “Arpa Consulting” MMC-ni qalib elan edib
Biznes
5 May , 2017 08:50
İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb

Bakı. 5 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Xüsusi İqtisadi Zonaların idarə edilməsinə dəstək” layihəsi ilə əlaqədar elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə tender komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib və tenderin nəticələri haqqında Tender Komissiyasının 14 mart 2017-ci il tarixli qərarına əsasən “Arpa Consulting” MMC qalib elan edilmiş. Həmin şirkətlə 30 mart 2017-ci il tarixində satınalma müqaviləsi bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi