Bakı. 12 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində yaradılan Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, iclasda Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.
Eyni zamanda, iclasda nazirliyin fəaliyyət istiqamətləri üzrə Apellyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.