İqtisadiyyat nazirinin müavini: "Azərbaycanda fərdi sahibkarların 22%-i qadınlardır”

İqtisadiyyat nazirinin müavini: "Azərbaycanda fərdi sahibkarların 22%-i qadınlardır” “Azərbaycanda mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə hazırlanan yeni müddəalar qadın sahibkarların fəallığının artmasına təkan verəcək”.
Biznes
21 İyun , 2019 11:49
İqtisadiyyat nazirinin müavini: Azərbaycanda fərdi sahibkarların 22%-i qadınlardır”

“Azərbaycanda mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə hazırlanan yeni müddəalar qadın sahibkarların fəallığının artmasına təkan verəcək”.

“Report”un məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən “Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forum”da deyib.

O, həmçinin qeyd edib ki, hazırda ölkədə fərdi sahibkarların 22%-i qadınlardır: “Sahibkar qadınlarımız intellektual səviyyəli biznes şəbəkəsinə malikdirlər. Eyni zamanda qadınlarımız sosial sahibkarlıq sahəsi üzrə inkişaf edirlər. Azərbaycanda mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə yeni müddəalar hazırlanıb. Hesab edirəm ki, bu sahibkarlığın inkişafına müsbət təsirgöstərəcək. Adətən qadınların özünəinam məsələsində problemləri olur, bu da bütün dünyada belədir. Buna görə də mən sahibkar qadınlarımıza tövsiyyə edirəm ki, cəmiyyətdə uğur qazanmış, biznes sahəsində inkişaf etmiş qadınların fəaliyyətinə nəzər yetirsinlər və onlardan nümunə götürsünlər”. 

Son xəbərlər

Orphus sistemi