Yuxarı

​İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək

Vətəndaşların qəbulu Gənclər Mərkəzində keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 22-də Saatlı rayonunda vətəndaşları qəbul edəcək. “Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Gənclər Mərkəzində (Saatlı şəhəri, H.Əliyev Meydanı) keçiriləcək. Görüşdə İmişli, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, eyni zamanda Nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "facebook" səhifələrində xüsusi yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi