İmişlidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

İmişlidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
19 Sentyabr , 2016 10:26
İmişlidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən “Report”a verilən məlumata görə, bununla bağlı rayonun Cəfərli kəndində işgüzar forum keçirib.

Sahibkarlardan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədə uyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Ünvan: Bakı şəhəri, Yasamal rayonu,A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail:[email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi