​İlham Əliyev: "Bu gün biznesə mane olmaq istəyənlər Azərbaycana xəyanət edirlər"

​İlham Əliyev: "Bu gün biznesə mane olmaq istəyənlər Azərbaycana xəyanət edirlər" "Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək"
Biznes
25 Oktyabr , 2015 15:29
​İlham Əliyev: Bu gün biznesə mane olmaq istəyənlər Azərbaycana xəyanət edirlər

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı zamanı bildirib.

O bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib və əlavə edib ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək.

Azərbaycan prezidenti vurğulayıb ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.

Son xəbərlər

Orphus sistemi