İflas prosesində olan BOKT-un balansında olan 43 min manatlıq qızıl satışa çıxarılır

İflas prosesində olan BOKT-un balansında olan 43 min manatlıq qızıl satışa çıxarılır Bakı. 4 dekabr. REPORT.AZ/ İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan ilkin minimum satış qiyməti 43 347 manat təşkil edən qızıl-zinyət əşyalarının (ikinci əl) topdansatışı həyata keçiriləcək.
Biznes
4 Dekabr , 2018 09:24
İflas prosesində olan BOKT-un balansında olan 43 min manatlıq qızıl satışa çıxarılır

Bakı. 4 dekabr. REPORT.AZ/ İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan ilkin minimum satış qiyməti 43 347 manat təşkil edən qızıl-zinyət əşyalarının (ikinci əl) topdansatışı həyata keçiriləcək.

"Report" BOKT-a istinadən xəbər verir ki, satışın keçirilməsi qaydası və satışda iştirak üçün ərizə forması aşağıdakı linkdə əldə edilə bilər: http: //www.azercredit.az/az/sale

Satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 9 dekabr 2018-ci il, saat 18:00-dək cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/ S.vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisində təqdim edə və ya [email protected] e-mail ünvanına göndərə bilərlər.

Satış dekabrın 11-də BOKT-un ünvanında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi