Yuxarı

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmana əsasən, siyahısı təsdiq edilən xammal və materiallara yandırılmış pirit, alüminium filizləri və konsentratları, alüminium oksidi, süni korunddan fərqli, dəmir filizinin birbaşa reduksiya məhsulları, dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış), qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri, sobalarda istifadə olunan elektrodlar – digərləri, elektroliz qurğuları üçün elektrodlar daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi