İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib

İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana 73 296,43 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
23 Avqust , 2018 14:19
İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana 73 296,43 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 14 664 min dollar və yaxud 16,67% azdır.

Bu ilin ilk yeddi ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,27%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 6 403,25 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 968,02 min dollar və yaxud 13,13% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 1,27%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi