Azərbaycanın tikinti sektoru xarici sərmayələr üçün cəlbedicidir - VİDEOREPORTAJ

Azərbaycanın tikinti sektoru xarici sərmayələr üçün cəlbedicidir - VİDEOREPORTAJ Bu gün Azərbaycanın tikinti materialları sənayesi respublika iqtisadiyyatının dinamik artımı sayəsində fəal inkişaf edir. Bu, Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas komponentlərindən biridir və uzunmüddətli perspektivlər üçün ölkənin sabit inkişafında mühüm əhəmiyyət kəsb edir.
Biznes
18 Oktyabr , 2019 11:37
Azərbaycanın tikinti sektoru xarici sərmayələr üçün cəlbedicidir - VİDEOREPORTAJ

Bu gün Azərbaycanın tikinti materialları sənayesi respublika iqtisadiyyatının dinamik artımı sayəsində fəal inkişaf edir. Bu, Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas komponentlərindən biridir və uzunmüddətli perspektivlər üçün ölkənin sabit inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ölkənin əsas sahələrindən biri olan tikinti sektoru bir çox xarici sərmayələri cəlb edir ki, bu da yeni müəssisələrin və iş yerlərinin açılmasına şərait yaradır. Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyan ilk xarici şirkətlərdən biri inşaat materialları istehsalı üzrə tanınmış İsveçrənin "Holcim" şirkəti oldu.

 "Holcim"in Azərbaycandakı fəaliyyəti

Yetmiş ölkədə fəaliyyət göstərən şirkət Azərbaycanda 1999-cu ildən işə başlayıb. "Holcim Azərbaycan" şirkəti yerli və beynəlxalq standartlara uyğun sement istehsal edir və bu məhsula olan daxili tələbatın böyük hissəsini ödəyir. Sementlə yanaşı, klinkerin də başlıca istehsalçılarından olan "Holcim" dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsal edir. Bu gün "Holcim Azərbaycan" ölkənin aparıcı sement və klinker istehsalçılarındandır. 2015-ci ilin iyul ayında "Holcim Azərbaycan" növbəti uğurlu addım ataraq dünyanın güclü şirkətlərindən olan "LafargeHolcim"un (LH) üzvü oldu. Sement, hazır beton və doldurucular istehsal edən və 180 ildən artıq təcrübəyə malik "Holcim" və "Lafarge" şirkətlərinin birləşməsi nəticəsində dünya üzrə 115 mindən çox əməkdaşı olan tikinti materialları üzrə yeni lider şirkət yaradıldı.

"Holcim Azərbaycan"  ASC-nin Baş Direktoru Frederik Guimbal “Report”a müsahibəsi zamanı müəssisənin fəaliyyətindən danışdı: “Özəlləşdirmədən sonra müəssisəni tamamilə yenidən quraraq, yüksək texnologiyalarla təchiz etdik. O zaman bu Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayə yatırımı olub. Beton hazırlamaq üçün çox yüksək keyfiyyətli inovasiyalı məhsul ərsəyə gətirdik. İndi isə başqa sahələrdə də fəaliyyətimizi genişləndiririk, məsələn, yol tikintisi sahəsində də bir sıra yeniliklər təqdim etmişik. Magistral yolların tikintisi və kənd təsərrüfatı sahəsində bir sıra uğurlu layihələr həyata keçirmişik.

Tullantıların idarə olunması üzrə yeni sistemin yaradılması

Şirkətin yeni layihələrindən bəhs edən F.Guimbal hazırda ən mühüm layihələrdən biri kimi tullantıların idarə edilməsi sisteminin inkişafını və yaxın gələcəkdə bu sahənin genişləndiriləcəyini qeyd etdi: “Hazırda üzərində çalışdığımız tullantıların idarə olunması sistemi ölkə iqtisadiyyatının inkişafına ən böyük yatırımlarımızdan biri olacaq. Hal-hazırda zavodda bəzi tullantıların utilizasiyasını həyata keçirə bilirik. Lakin biz daha geniş çeşiddə tullantıları idarə edəcək sistem yaratmaq istərdik ki, bu da müəyyən sərmayə yatırımları tələb edir”.

Baş direktor həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Olimpiya Stadionu, Bakı Kristal Sarayı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm obyektlərin inşasında, eləcə də "Bakı Metropoliteni" QSC-nin stansiyalarının tikintisində iştirak etdiklərini, bununla da ölkənin inkişafına töhfələr verdiklərini qeyd edib.

 Yeni layihələr - yeni tikinti müəssisələri

Baş direktor "Holcim Azərbaycan"ın illik istehsal gücünün 1,7 milyon ton olduğunu, lakin real istehsalın bundan az olduğunu diqqətə çatdırıb.

“Bu da bazarda tələb olunandan artıq sement məhsulunun, iri və kiçik rəqib istehsalçıların olması ilə izah olunur. Ölkənin sementə illik ehtiyacı 3 milyon tona yaxın olduğu halda daxili istehsalın həcmi cəmi 5,7 milyon tondur. Gördüyümüz kimi bazara lazım olandan artıq sement təqdim olunur. Ancaq mən ümid edirəm ki, Çinlə Azərbaycanı qovuşduracaq “Bir kəmər - Bir yol” təşəbbüsünə bənzər yeni-yeni layihələrin həyata keçirilməsi və tikinti layihələrinin həcmi artıqca bazarda sementə olan tələbat da artar, müəssisəmizi tam istehsal gücünə uyğun işlədə bilərik”,-  Frederik Guimbal bildirdi. 

"Holcim"in innovativ həlləri "Holcim" şirkətinin Azərbaycana gətirdiyi yeniliklərdən bəhs edən Baş direktor onlar üçün başlıca meyarın istehlakçıların tələblərinə uyğunluğun olduğunu vurğulayıb. 

"Əlbəttə, biz bazarda əsas oyunçulardan biri olmağı arzulayırıq, lakin müştərilərin tələbləri bizim üçün böyük əhəmiyyət kəsb edir, onların tələbatını qarşılamaq üçün ən əlverişli yollar tapmağa çalışırıq. Daha rahat işlənən, yüksək keyfiyyətli, möhkəm məhsullar təqdim etməyə çalışırıq. Dünyanın 70 ölkəsində iş təcrübəsinə malik şirkətin tərkib hissəsi olduğumuz üçün xarici ölkələrdəki təcrübəmizi Azərbaycanda da tətbiq etməyə çalışırıq”, – Frederik Guimbal bildirdi. 

 İxrac potensialının genişləndirilməsi 

Frederik Guimbal qonşu ölkələrə məhsul ixracının zavodun əsas fəaliyyətlərindən biri olduğunu diqqətə çatdırdı. 

“Biz həmçinin gücümüzün bir hissəsini məhsulumuzun Gürcüstana ixrac edilməsinə sərf edirik. Oradakı tərəfdaşımız məhsulları "LafargeHolcim"lə eyni qrupa daxil olan Lafarge brendı ilə satır. Həmin tərəfdaşımıza hər il böyük miqdarda klinker göndəririk. Hazırda biz qonşu Xəzəryanı ölkələrə də ixracat imkanlarını araşdırırıq. Misal üçün hazırda Dağıstan, Qazaxıstan və Özbəkistanla danışıqlar aparılır. Azərbaycanın hüdudlarından kənara təchizatı artırmağa və bunun ölkənin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarıq”, - Frederik Guimbal vurğuladı.

Son xəbərlər

Orphus sistemi