Hindistanda “WhatsApp”la ödəniş etmək mümkün olacaq

Hindistanda “WhatsApp”la ödəniş etmək mümkün olacaq Sosial media nəhəngi “Facebook” Hindistanda “WhatsApp” mesajlaşma tətbiqi üzərindən fəaliyyət göstərəcək onlayn ödəniş sistemi yaratmağı planlaşdırır.
Biznes
22 Aprel , 2020 13:48
Hindistanda “WhatsApp”la ödəniş etmək mümkün olacaq

Sosial media nəhəngi “Facebook” Hindistanda “WhatsApp” mesajlaşma tətbiqi üzərindən fəaliyyət göstərəcək onlayn ödəniş sistemi yaratmağı planlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, əsasən kiçik bazarlarda və marketlərdə istifadəsi nəzərdə tutulan tətbiq üçün şirkət, yerli “Reliance Industries” şirkətinin rəqəmsal tətbiqinin 10%-ni 5,7 milyard ABŞ dollarına satın alacaq.

Qeyd edək ki, Hindistanın virtual bazarında hazırda “Amazon”un “Pantry” tətbiqi, “Alibaba” tərəfindən dəstəklənən “Walmart Flipkart” və “BigBasket” tətbiqləri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi