Telefon aksesuarları, saatlar və külli miqdarda siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb

Telefon aksesuarları, saatlar və külli miqdarda siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi Toyota Camry markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.
Biznes
21 Sentyabr , 2019 12:40
Telefon aksesuarları, saatlar və külli miqdarda siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.

DGK-dan “Report”a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində "AirPods" yazılan qulaqlıq, 3 ədəd üzərində "Samsung Gear S3 frontier" və 4 ədəd üzərində "Samsung Galaxy Watch" yazılan saatlar aşkarlanıb.

Bundan başqa, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16 000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi