Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb

Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb Gürcüstan dəmir yolları vasitəsilə bu ilin yanvar-oktyabr aylarında 64 min TEU yük konteyneri daşınıb.
Biznes
11 Noyabr , 2019 15:11
Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb

Gürcüstan dəmir yolları vasitəsilə bu ilin yanvar-oktyabr aylarında 64 min TEU yük konteyneri daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Daşınan konteynerlərin sayı rekord səviyyəyə çatıb. Belə ki, hesabat dövründə daşınan konteynerlərin sayı illik müqayisədə 34%, 2016-cı ilin analoji göstəricisindən isə iki dəfə çoxdur.

Gürcüstan dəmir yolları ilə daşınan yüklərin ümumi həcmi xam neft istisna olmaqla 8,57 mln. ton təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çoxdur.

İlin ilk 10 ayı ərzində ən çox yük oktyabrda nəql olunub. Həmin ayda dəmir yolları ilə daşınan yüklərin həcmi 1 mln. tondan çox olub. 2018-ci ilin oktyabr ayında isə bu göstərici 825 min tona bərabər olub.

Son xəbərlər

Orphus sistemi