Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb

Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 113 887,6 ton sement ixrac olunub.
Biznes
20 May , 2019 12:03
Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 113 887,6 ton sement ixrac olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 6 mln. 455,1 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana idxal olunmuş sementin həcmi 21 887,2 ton və ya 23,7%, məbləğ baxımından isə 1 mln. 743,3 min dollar çoxdur.

Ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 4 mln. 711,8 dollar dəyərində 92 000,4 ton sement alıb.

Son xəbərlər

Orphus sistemi