“Goranboy Gips” səhmdarlarına hesabat verəcək

“Goranboy Gips” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
25 Aprel , 2017 12:19
“Goranboy Gips” səhmdarlarına hesabat verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 11:00-da “Goranboy Gips” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 ünvanında yerləşən ofisində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin müzakirə edilməsi, illik maliyyə hesabatının təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Goranboy Gips” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 144 min manatdır. 

Son xəbərlər

Orphus sistemi