​Gəncədə gənclər üçün treninq keçirilib

​Gəncədə gənclər üçün treninq keçirilib Tədbir Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi tərəfindən təşkil olunub
Biznes
30 Sentyabr , 2015 15:52
​Gəncədə gənclər üçün treninq keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı Peşə Liseyində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, treninqdə gənclər biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə maarifləniblər.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi