Yuxarı
    Bağlamaq

    “Gəncə Şərab-1”-ə baş direktor seçiləcək

    Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb

    Bakı. 11 may. REPORT.AZ/ İyunun 29-da, saat 11:00-da “Gəncə Şərab-1” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

    "Report" xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib. 

    Məlumatda deyilir ki, yığıncaq səhmdar cəmiyyətin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 56 ünvanında olacaq. 

    Yığıncağın gündəliyinə 2016-cı ilin yekunları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının, illik balansının təsdiq edilməsi, baş direktorun seçilməsi məsələləri daxildir. 

    Xatırladaq ki, “Gəncə Şərab-1” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 730 524,4 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi