Gəmiçiliyin rəhbərliyi Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşüb

Gəmiçiliyin rəhbərliyi Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşüb Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib.
Biznes
30 Yanvar , 2018 18:27
Gəmiçiliyin rəhbərliyi Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, görüşdə AXDG QSC-nin sədri Rauf Vəliyev Azərbaycanda reallaşdırılan nəqliyyat-logistika layihələri, o cümlədən Gəmiçiliyin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə Avropa və Asiya arasında ən qısa körpü rolunu oynayır. Hazırda Gəmiçilik Xəzərdə yeganə bərə operatorudur. Donanmanın yenilənməsinin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdıran AXDG QSC-nin sədri ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, böyük istehsal gücünə malik Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün hazırda 2 ədəd unikal Ro-Pax gəmi-bərəsinin və iki tankerin tikildiyini vurğulayıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, yükdaşımalarda Gəmiçiliyin fəaliyyətini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, Azərbaycanın nəqliyyat-logistik qovşağına çevrilməsi istiqamətində reallaşdırılan digər layihələri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Görüşdə eyni zamanda Gəmiçiliyin tranzit xidmətləri haqqında məlumat verilib və şirkətin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi